Haqqımızda


2005 ci ildən etibarən fəaliyyətini davam etdirən Oskar şirkəti artıq 7 ildən artıqdır ki xaricdə təhsil, mübadilə proqramları, dil hazırlıq kursları sahəsində cəmiyyətimizdə etibar qazanmış və həmvətənlərimizin yüksək səviyyədə xidmətlərimizdən yararlanmasını təmin etmişdir.

Təqdim etdiyi xidmətləri həyata keçirmək üçün dünyanın bir sıra tədris ocaqları, universitetləri və təşkilatları ilə əməkdaşlıq edən şirkətimiz etibarlılıq və keyfiyyəti hər zaman ön planda tutmuş və müraciətçilərin məmnuniyyət və təhlükəsizliyini ən yuxarı səviyyədə təmin etmişdir.

Şirkətimizin əsas məqsədlərindən biri də, Cənab Prezident İlham Əliyevin xüsusi qayğısı ilə həyata keçirilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na tələbələr arasında marağın artırılmasıdır. Bu istiqamətdə bir sıra layihələr həyata keçirən şirkətimiz, tələbələr və şagirdlərə xitab edən bir sıra seminar və görüşlər keçirmiş və daima bu yöndə yeniliklər ortaya qoyur.

Eyni zamanda ölkəmizdə yerləşən özəl və dövlət idarələri ilə sıx əməkdaşlıq həyata keçirən şirkətimiz kadrların xaricdə təcrübə keçmələri, əcnəbi dili inkişaf etdirmələri, ixtisas artırmaları üçün geniş imkanlar ortaya qoyur. Bunu edərkən tədrisin və göstərilən xidmətin yüksək səviyyədə olması üçün bütün imkanlar səfərbər edilir.

2009 cu ildən etibarən Dil İnkişaf Mərkəzi şöbəsini təsis edərək dil öyrənmə sahəsində tamamiylə xüsusi və keyfiyyətli metod təqib edən şirkətimiz verilən tədrisin həqiqətən də iştirakçının ehtiyacını qarşılamasını təmin edir. Müasir avadanlıq və təkmilləşdirilmiş metodlarla ən maksimal nəticənin alınması hədəflənir.

Hər bir vətəndaşımızın rahatlıqla və əminliklə istifadə etdiyi xidmətlərimizdən siz də yararlanın!


OSKAR şirkəti xaricdə təhsil almaq istəyən tələbələrin qəbul prosesini daha da tezləşdirmək üçün 5P modulunu təbiq edir. Belə ki, şirkətə müraciət edən tələbə 5 mərhələdə qəbul  və viza prosesini tamamlaya bilər.

Nəzərinizə çatdıraq ki, şirkət Amerika və Avropanın bütün Universitetlərinə bir başa qəbul həyat keçirməyə qadirdir. Qəbul prosesi zamanı tələbənin Universitetə qəbulu, yaşayış yerinin təşkilini, hava limanında qarşılanmasınl, vizanın alınması, təyyarə biletinin alınması kimi bütün xidmətlər göstərilir.

5P modulu nədir?
1. Process of full information (qəbul olunacaq yer haqqında ətraflı məıumat)
- Tələbə şirkətə müraciət etdikdə, istəyə uyğun olaraq bir çox təkliflər qarşıya qoyulur və seçim tələbənin öhdəsinə verilir

2. Program registration (seçilən proqram vəya proqramlara müraciət)
- Təkliflərdən hər hansı birini vəya bir neçəsini  seçən tələbə üçün Universitetə/Universitetlərə müraciət olunur

3.Placement to program (seçilən proqram vəya proqramlara müraciət)
- Qəbul sənədləri alındıqdan sonra 1 seçimi edən tələbə üçün qalmaq yeri təşkil olunur

4.Prompt visa process (sürətli viza prosesi)
- Proqrama qəbul sənədi alan tələbənin viza sənədləri hazırlanıb, səfirliyə təqdim edilir və qısa müddət əzində viza prosesi tamamlanır.

5.Period Completed (gedişatın sonu)
- Tələbə vizanı əldə etdikdən sonra, təyyarə bileti və hava limanında qarşılanması təşkil olunaraq proses başa çatır.

 

Son Xeberler

26-10-2016
"Online Business Development Strategies and Neuromarketing Tactics" training by Oskar
10-06-2015
Rüblük cədvəlini gətir, dil kurslarımızda endirim qazan
08-01-2016
 
Almaniyada Təhsil və Karyera seminarı keçiriləcək
30-05-2015
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Bizim Digər Saytlar




Əlavə Bölmə