Work and Travel

Work & Travel proqramı, universitet tələbələri üçün nəzərdə tutulmuş bir mədəniyyətlərarası mübadilə proqramıdır. Bu proqram fərqli millətlərdən olan insanlarla dostlaşma imkanı yaradır. Work & Travel proqramı Amerika Dövlətinin rəsmi icazəsiylə hər il həyata keçirilir və dəstəklənir. Hər il dünyadan təxminən 60 min tələbə bu proqramda iştirak edir. Tələbə bu proqramla yay tətilində 4 aylıq bir müddətdə ABŞ-da işləmək və 30 gün səyahət etmə fürsəti, ingilis dilini real şəraitdə istifadə etmək imkanı, xaricdə iş təcrübəsi əldə etmək imkanı, Amerika mədəniyətini və əcnəbi mədəniyyətlərlə yaxından tanış olma fürsətini əldə etmiş olur.Work & Travel proqramında  iştirak etməklə tələbə ABŞ-da iş,ev vətibbi sığorta ilə təmin olunur.


İştirak qaydaları (Proqramda aşağıdakı qruplara aid olunan şəxslər qoşula bilər):

 

  • 18 yaşını tamamlamış, təhsil müddəti 4 illik olan universitetlərdə təhsil alan 1-ci, 2-ci, 3-cü kurs tələbələri,
  • 18 yaşını tamamlamış, təhsil müddəti 5 illik olan universitetlərdə təhsil alan 1-ci, 2-ci, 3cü və 4-cü kurs tələbələri,
  • Magistratura pilləsinin 1-ci kursunda təhsil alan universitet tələbələri,
  • İngilis dilini ən azı orta səviyyədə (intermediate) bilən tələbələr qoşula bilərlər.

İşlərin siyahısı və Məvacib (Work & Travel proqramında olan işlər əsasən xidmət sektoruna aid olan işlərdir və heç bir professional iş təcrübəsi tələb etmir):

 

  • Restoran biznes sektoru
  • Hotel & Turizm sektoru
  • Əyləncə parkları
  • Xilasedici (lifeguard)
  • Fast food restoran şəbəkələri
  • Kərgüzarlıq işləri
  • Camaşırxana

 

* Yuxarıda qeyd olunan sektorlardakı işlərin minimum saatlıq əmək haqqı 8$-dan başlayaraq 8-13$ arası dəyişir. Tələbənin işlədiyi işdə artımlı və yaxşı iş qabiliyətindən asılı olaraq employer saatlıq əmək haqqını yüksəldə bilər.


Proqramda iştirak tarixləri:

 

  • Amerikaya gediş: 1-20 İyun
  • Amerikadan dönuş: 1-30 Sentyabr

 

Proqramda iştirak haqqı: 1599 $

Qiymətə daxildir:

 

  • DS Form
  • İşin tapılması
  • Qalmaq yerinin təşkilində köməklik
  • Fors major halında çəkilən xərclər qarşılanır.

 

Qiymətə daxil deyil:

 

  • Sevis fee (torpaqbasdı) - 35$
  • Viza rüsumu - 160$
  • Aviabilet (Bilet mütləq şəkildə Oskar şirkətindən alınmalıdır.)

 

Son Xeberler

26-10-2016
"Online Business Development Strategies and Neuromarketing Tactics" training by Oskar
10-06-2015
Rüblük cədvəlini gətir, dil kurslarımızda endirim qazan
08-01-2016
 
Almaniyada Təhsil və Karyera seminarı keçiriləcək
30-05-2015
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Bizim Digər Saytlar




Əlavə Bölmə