Təqaüdlə Təhsil

DAAD- Master Təqaüdü

(Studienstipendien für Graduierte aller wissenschaftlichen Fächer)

Son qeydiyyat tarixi: 01.11.2016


Müddəti:

  • Bir qayda olaraq 4 semestr (bəzi proqramlar yalnız 2 və ya 3 semestr davam edir)

 

Təqaüdün həcmi:

  • Aylıq təqaüd 750 avro
  • Almaniyada tibbi sığorta
  • Gediş gəliş xərcləri
  • Ailə üçün əlavə ödənc (əgər həyat yoldaşı və uşaqlar təqaüdçünü müşayiət edirlərsə)
  • Qanunda nəzərdə tutulan təhsil haqqı
  • 500 avrodan yuxarı olan təhsil haqqını DAAD ödəmir! (belə ali məktəblər əsasən özəl ali məktəblərdir.)

 

Kimlər təqaüd üçün ərizə verə bilər:

  • Ali məktəb məzunları
  • Təhsilin sonuncu kursunda oxuyan tələbələr


Kimlər ərizə verə bilməz:

  • Ərizə verən müddətdə artıq bir ildən çox Almaniyada olan şəxslər

Təqaüdçülər necə seçilir:

  • Namizədin keyfiyyəti
  • Şəxsi və ixtisasla bağlı motivasiya inandırıcı olmalıdır.
  • Namizəd seçilmiş ixtisas sahəsinın formal tələblərinə cavab verməlidir.
  • Çox yaxşı alman və ya ingilis dili biliklərinə (seçilmiş ixtisasa uyğun olaraq) malik olmalısınız.

 

Son Xeberler

26-10-2016
"Online Business Development Strategies and Neuromarketing Tactics" training by Oskar
10-06-2015
Rüblük cədvəlini gətir, dil kurslarımızda endirim qazan
08-01-2016
 
Almaniyada Təhsil və Karyera seminarı keçiriləcək
30-05-2015
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Əlavə Bölmə