SAT Kursları

SAT nədir?

SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.

2014-cü ilin sonunda ABŞ-ın ETS (Educational Testing Service - Təhsil Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə “College Board” - Ali təhsilə qəbul Şurası tərəfindən hazırlanan SAT imtahanını Azərbaycanda test mərkəzi kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirməsi hüququ əməkdaşlıq razılaşması ilə əldə edilmişdir. Bu razılaşmaya əsasən, SAT-nin məlumat sistemində TQDK 60129 kod nömrəsi ilə qeydiyyata alınmışdır. SAT imtahanını TQDK test mərkəzində vermək istəyən şəxslər qeydiyyat zamanı bu kod vasitəsilə TQDK test mərkəzinin axtarışını verə bilərlər. SAT nəticəsini TQDK-ya təqdim etmək istəyən şəxslər (hal-hazırda yalnız ADA Universitetinə qəbul üçün nəzərdə tutulur) “College Board”-un SAT ballarını qəbul etmə sistemində TQDK-nın bal qəbul etmə kodunu 7876 kimi qeyd etməlidirlər

Qeyd edək ki, TQDK bu prosesdə yalnız imtahan mərkəzi kimi iştirak edir, sualların məzmunu və ya cavabların emal edilməsi ilə bağlı olan məsələlər TQDK səlahiyyətinə daxil deyil. (http://tqdk.gov.az/exam/sat/)

  • Hər dərsin müddəti 50 dəqiqədir.
  • Aylıq 16 dərs ingilis dili + 8 dərs Riyaziyyat (ingilis dilində) = 24 dərs.
  • Hər həftənin VI gün danışıq klubları.

 İmtahanda İngilis dili hissəsi:

- READING (oxu): Çox seçimli mətnlərdə məntiqi yanaşma, boşluq doldurma və s.

- WRITING (yazı): Cümlə tamamlama, durğu işarələrinin düzgün istifadəsi, qrammatik səhvlərin düzəldilməsi və seçimli inşa yazmaq.


Həftəlik 3 dəfə (hər dəfə 2 dərs olmaqla), aylıq 24 dəfə dərslərin ödənişlər aşağıdakı şəkildədir: 

  • Fərdi dərslər: 800 AZN
  • Qrup dərsləri: 400 AZN

Bizim müəllim - Agadada Jafarli
  • 2013 - 2014 : Nerimanov Araz Courses
  • 2014 - 2015 : Owosso High School, Owosso, Michigan/USA
  • 2015 : West Allis Central High School, Milwaukee, Wisconsin/USA
  • 2015 - present: ADA University (Business Administration)

 

Son Xeberler

26-10-2016
"Online Business Development Strategies and Neuromarketing Tactics" training by Oskar
10-06-2015
Rüblük cədvəlini gətir, dil kurslarımızda endirim qazan
08-01-2016
 
Almaniyada Təhsil və Karyera seminarı keçiriləcək
30-05-2015
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Əlavə Bölmə