Kurs Növləri

Sertifikat / Diplom Kursları

Bu kurslar istənilən sahədə əlavə bilik  və bacarıq əldə etmək məqsədi ilə təşkil olunmuş kurslardır. Management, PR, Finance, Advertising, Marketing, Accounting, Travel, Tourism kimi bir sıra sahələrdə təşkil olunan 3/6/9 aylıq kurslarda siz sahib olduğunuz keyfiyyətləri xarici təcrübə ilə zənginləşdirmək və bunun müqabilində sertifikat və ya diplom əldə edərək gələcək kariyeranız üçün böyük üstünlük əldə edə bilərsiniz.


Standart İngilis Dili Kursları

Bu kurslar həftədə 15-20 saat arasında olur. Başlanğıc səviyyədən başlayaraq əsasən 2-48 həftə arasında təşkil olunur. Bu proqram xaricdə uzun müddət qalmaq istəyən tələbələr üçün tövsiyyə olunur. Dərs saatlarınn günlük 09:00 – 18:00 saat arasında dəyişdiyini nəzərə alsaq, tələbələr sosial yönümlü fəaliyyətlərlə və olduqları şəhərin görməli yerləri ilə tanış olmaları üçün əla fürsət əldə edirlər.


İntensiv İngilis Dili Kursları

Qısa müddətdə ingilis dilini öyrənmək istəyənlər üçün ideal proqramdır. Həftədə 25/30 saat, bəzən isə 40 saatdan ibarət olanbu kurslar daha təcrübəli müəllimlərin rəhbərliyi altında ən son metodları tətbiq etməklə aparılır. Müntəzəm olaraq keçirilən test imtahanları tələbələrin səviyyələrindəki inkişafın təsbit edilməsində mühüm rol oynayır. Dərslərdə əsasən praktiki danışığa üstünlük verilir.


Biznes İngilis Dili Kursları

Bu kurslar ingilis dilini günlük iş həyatında istifadə edən və ən azı orta səviyyədə ingiliscə bilən adamlar üçün nəzərdə tutulub. Həftədə 20 – 30 dərs saatından ibarət olan bu kurslar iştirakçıya işgüzar yazışmalar, görüşmələr, raport hazırlamaq, telefon danışığı və digər bacarıqları əldə etmək məqsədi ilə təşkil edilir.


Rəhbər Şəxslər və İş Adamları üçün Kurslar (Executive course)

Vaxtı məhdud olan iş adamları, dövlət və özəl sektorda orta, yüksək vəzifədə işləyən şəxslər üçün xususi olaraq hazırlanan bu kurslar fərdi və ya kiçik qruplar şəklində aparılır. Əsas məqsəd iştirakçıların qısa müddətdə ingilis dili savadlarını inkişaf etdirmək və fərqli ölkələrdən gələn iş adamları, rəhbər şəxslərlə tanış olmalarını təmin etməkdir.


Müəllimlər üçün İngilis Dili Kursları (Teacher training course)

Bu proqramın məqsədi müəllimlərin ingilis dili təcrübələrini və savadlarını artırmaqdadır. Kurs müddətində dil analizləri, tədris strategiyaları, dərs planlarının hazırlanması, tələffüz, söz ehtiyatının zənginləşdirmək, qiymətləndirmə və digər mövzular üzərində xususi iş aparılır.


TOEFL / İELTS  İmtahanlarına Hazırlıq Kursları

Bu imtahanlar əsasən tədirisin ingilis dilində aparıldığı universitetlərə daxil olmaq üçün ana dili ingilis dili olmayan tələbələr üçün təşkil edilir. Kurslar imtahan metodları, test bacarığı, oxuma, dinləmə və yazma qabiliyyətlərinin inkişafı üçün nəzərdə tutulub. Proqrammüddəti əsasən 4/8/12 həftə olur. ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Avropanın bir sıra (ancaq ingilis dilində təhsil verən) aparıcı universitetlərində qəbul olmaq üçün bu imtahanlardan keçid balı yığmaq şərtdir.

Son Xeberler

26-10-2016
"Online Business Development Strategies and Neuromarketing Tactics" training by Oskar
10-06-2015
Rüblük cədvəlini gətir, dil kurslarımızda endirim qazan
08-01-2016
 
Almaniyada Təhsil və Karyera seminarı keçiriləcək
30-05-2015
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Əlavə Bölmə