Yay Düşərgələri 2015

YAY DÜŞƏRGƏLƏRİ HAQQINDA

Yay Düşərgəsi nədir?
Yay proqramları əsasən təhsil və tətil məqsədi ilə yaradılmışdır. Proqram hər yaşdan olan məktəblilər və gənclər üçün nəzərdə tutulmuşdur. Proqram şagirdlərə ingilis dilinin təkminlləşdirilməsi, müxtəlif ölkələrdən olan insanlar arasında aktivləşmə, yeni dostlar qazanma və dünya görüşünü artırma təcrübə qazandırır.Yay və qış düşərgələri uşaqlar və yeniyetmələr üçün öz boş vaxtlarını səmərəli keçirtməsinə şərait yaradır. Düşərgələrin əsas məqsədi təhsilin və mədəni inkişafın yüksəldilməsinə kömək etməkdir.

Düşərgərlər hansı yerlərdə keçirilir?
Yay düşərgələri əsasən ingilis dilli ölkələrin(Böyük Britaniya,ABŞ ,Kanada və Malta)universitet kampuslarında keçirilir.

Proqramda kimlər iştirak edə bilər?
Bu proqramda 10-17 yaş arası şagirdlər və eləcədə 18 yaşdan yuxarı gənclərdə iştirak edə bilərlər.Eyni zamanda şagirdlərlə bərabər onların valideynləri də güzəştli şərtlərlə  bu proqramdan yararlana bilərlər

Proqram müddəti nə qədər olur və hansı ayları əhatə edir?
Yay düşərgə proqramları tələbdən asılı olaraq 2 həftədən 3 aya kimi davam edir.Düşərgə proqramları əsasən yay aylarını(iyun,iyul,avqust) əhatə edir və bəzəndən seçilmiş mərkəzdən asılı olaraq Sentyabr ayının ortalarına kimi davam edə bilir.

PROQRAMIN TƏŞKİLİ

1. Valdeyinlər və şagirdlər proqram haqqında daha ətraflı şəkildə məlumatlandırılır.
2. İstəyə uyğun mərkəz seçildikdən sonra bütün şərtlər və razılaşmalar əsasında müqavilə imzalanır.Müqavilənin bir nüsxəsi mərkəzdə saxlanılır,digəri isə şagirdə verilir.
3. Şagird  mərkəz tərəfindən tələb olunan bütün sənədləri təqdim edir və ilkin ödənişi edərək qeydiyyatdan keçir.
4. Qəbul sənədi gəldikdən sonra, şagird ödənişin qalan hissəsini tamamlayaraq viza konsultasiyası mərhələsinə keçid alır.
4. Müvafiq səfirlikdə viza görüşü təyin olunur və nümayəndənin iştirakı ilə şagird viza görüşməsindən keçir.
5. Şagird viza aldıqdan sonra proqrama başlayır(Əgər viza prosesində problem yaranarsa şagirdə lazımı dəstək göstərilir).
6. Şagird hava limanından yola salınır və xaricdə məktəbin təyin etdiyi nümayəndə tərəfindən qarşılanır.
7. Şagirdə poqram müddətində yarana biləcək problemlərdə(yemək,şərait və s) lazımı köməklik göstərilir.
8. Bütün proqram boyu şagirdin təhlükəsizliyi tam təmin olunur.
9. Proqramı uğurla başa vuran şagird sertifikatla təltif olunur.

 

Son Xeberler

26-10-2016
"Online Business Development Strategies and Neuromarketing Tactics" training by Oskar
10-06-2015
Rüblük cədvəlini gətir, dil kurslarımızda endirim qazan
08-01-2016
 
Almaniyada Təhsil və Karyera seminarı keçiriləcək
30-05-2015
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Yay Düşərgələri 2015

Əlavə Bölmə