Xaricdə Ali Təhsil

Xaricdə təhsil üçün  əsas fəaliyyət dairəmiz aşağıdakı ölkələr üzrə universitetləri əhatə edir

- Amerika - Avropa - Asiya ölkələri - Kanada - Avstrailya

 

Xaricdə BAKALAVR Təhsili

Bakalavr təhsili dedikdə adətən orta məktəbdən və ya texnikumdan sonraki təhsil pilləsi nəzərdə tutulur. Azərbaycanda təhsilin bu  pilləsi adətən 4 il (tibbi təhsil istisna olmaqla)davam  etsədə ,xarici universitetlərdə bu təhsil müddəti ixtisasdan asılı  olaraq 2-6 il arasında dəyişə bilir.

Bakalavr təhsilinin xarici universitetlərdə bir  sıra növləri vardır.Bunlara misal olaraq The  Bachelor of Science (BS), The Bachelor Arts (BA), the Bachelor of Applied Science (BAS), the Bachelor of Economics (BE), the Bachelor of Business  və.s göstərmək olar. Bunlardan The Bachelor of Science (BS),və The Bachelor Arts (BA)proqamları daha çox əhatə dairəsinə malik  olduğu üçün hər il Oskar xaricdə təhsil mərkəzinin təşəbbüsü ilə bir çox tələbələrimiz bu sahələdə öz təhsillrini xarici universitetlərdə davam etdirirlər.

Xaricdə MAGİSTATURA Təhsili

Magistratura təhsili dedikdə hər hansı univerdsitet və ya kollecdən sonrakı təhsil pilləsi nəzərdə tutulur.Magistratura təhsili seçilmiş ixtisasdan asılı olaraq 1 ildən 3 ilə kimi davam edə bilir.Bu proqramın Master of Science (M.S or MSc),və Master of Arts (M.A) kimi  novləri daha  cox geniş yayılmışdı.İngiltərədə bu təhsili Postgraduate (bir il)adlandırsalarda Amerika Birləşmiş Ştatlarında Master Degree(iki il) kimi qalır.

Hal hazırda Oskar xaricdə təhsil mərkəzi TOEFL/İELTS serifikatı olmadan belə Azərbaycanlı tələbələrə xaricdə magistr təhsili almaq imkanı verir.Əgər dil sertifikatınız varsa bir başa universitetdə ,əks halda isə universitetin tərkibində magistrə hazılıq kursalarında təhsilininizi davam etdirə bilərrsiniz. 

phD / Aspirantura

PhD və ya (Advanced Professional Degree) peşə kvalifikasiyanın yüksək səviyyəsidr Doktoranturanın proqramı seçilmiş ixtisas üzrə dərin biliyin, həmçinin müstəqil tədqiqat keçirmə qabiliyyətinin olmasını tələb edir. Doktorantura proqramına qəbul olma balakavr (4-5 il təhsil) və magistratura (2-3 il təhsil) bazasında ola bilər.Doktorantura proqramı özündə aşağıdakı tələbləri birləşdirir: -namizədlik və ya layihə dissertasiyasının/ project thesis hazırlığı və müdafiəsi;-xüsusi yaradılmış  komissiya qarşısında şifahi və yazılı imtahanların verilməsi.

Postgraduate

Bu poqramlar adətən avropada magistr proqramı hesab olunur və ixtisasdan asılı olaraq bir və ya iki il davam edə bilir.Postgraduate proqramları iki qola ayrılır 
1)Taught proqrams
2)Research proqrams:

Kanada da bu proqramlar həm müddət,həm də ixtisas seçimi baxımından bir qədər fərqlənir belə ki,bu proqramlar 8 aydan 16 aya bəzəndə iki ilə qədər davam edir,eyni zamanda tələbələr bakalavr ixtisasından fərqli olaraq istədikləri sahədə postgraduate proqramları üzrə təhsil ala bilərlər.

Oskar şirkətinin Kanada da İLAC Tədris Mərkəzi və SENECA kolleci ilə əməkdaşlğı nəticəsində indi tələbələrimiz cox münasib qiymətlərə  bu proqramları keçə bilərlər.

Son Xeberler

26-10-2016
"Online Business Development Strategies and Neuromarketing Tactics" training by Oskar
10-06-2015
Rüblük cədvəlini gətir, dil kurslarımızda endirim qazan
08-01-2016
 
Almaniyada Təhsil və Karyera seminarı keçiriləcək
30-05-2015
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Əlavə Bölmə